Gürcüstan parlamentində demoqrafiya üzrə işçi qrup yaradılır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə parlamentdə komitə sədri Zaza Lominadze bildirib. Lominadzenin açıqlamasına görə, ölkənin demoqrafik vəziyyətini öyrənmək üçün Səhiyyə və Sosial Məsələlər Komitəsində işçi qrup yaradılacaq.
Onun sözlərinə görə, COVID-19 pandemiyasından sonra Gürcüstanda demoqrafik balans mənfi olub. Buna görə də uşaqlı ailələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tövsiyələr hazırlamaq qərarı verilib. "Biz konkret təkliflər hazırlayacaq işçi qrupu yaradırıq. Bu tövsiyələr Gürcüstan hökumətinə təqdim ediləcək", deyə Lominadze bildirib.
Qrupa parlament üzvləri, eləcə də hökumət administrasiyasının, səhiyyə, təhsil, maliyyə, iqtisadiyyat, regional inkişaf və ədliyyə nazirliklərinin, Gürcüstan Patriarxlığının, BMT-nin Əhali Fondunun və Milli Statistika Xidmətinin nümayəndələri daxil olacaq.
Stopnarkotik.az