Bizim etməli olduğumuz yeganə şey Rusiyadakı hadisələri izləməkdir. Hər kəsi sakitləşməyə çağırıram, vəssalam. Stopnarkotik.az “Novosti Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Müxalifətin Rusiya ilə sərhədin bağlanması və Təhlükəsizlik Şurasının çağırılması ilə bağlı çağırışlarına cavab olaraq Kobaxidze bildirib ki, ölkənin təhlükəsizliyi qorunur.
“Lelo” müxalifət partiyasının rəhbəri Mamuka Xazaradze hakim partiyaya müraciət edərək, Təhlükəsizlik Şurasının çağırılmasını, Rusiya ilə sərhədin məhdudlaşdırılmasını/bağlanmasını, ruslar üçün vizaların tətbiq edilməsini istəyib.
Müxalif “Xalq Naminə” partiyasının lideri Anna Dolidze Rusiyada baş verən son hadisələrlə bağlı parlamenti etimad qrupunun toplanmasına çağırıb.
Stopnarkotik.az