Göyçayda 17 yaşlı oğlan həmyaşıdını bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.