Goranboyda qanunsuz ov silahları müsadirə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Stopnarkotik.az - a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.
Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.