Gürcüstanda qanunsuz olaraq çətənə yetişdirən şəxs saxlanılıb.
Polis Tbilisidən təxminən bir saatlıq məsafədə, Bazaleti gölünün yaxınlığında marixuana plantasiyası aşkar edib. 35 yaşlı kişi kirayədə yaşadığı evin həyətində narkotik tərkibli bitki yetişdirirmiş. Cəmi 136 ədəd çətənə kolu ələ keçirilib.
Saxlanılan şəxsi 12 ilə qədər həbs gözləyir.
Stopnarkotik.az