"Gəncliyimizi narkotik yolu ilə məhv etməyə çalışırlar" - NÖVBƏTİ MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı layihənin icrasına başlayır.

Suveren.az xəbər verir ki, layihənin icrası 3 ay müddətində 6 rayonda həyata keçiriləcək.

"Son dövrlər, bütün dünyada olduğu kimi, Azərbaycanda da narkomaniyanın yayılması artan xətlə davam edir. Azərbaycan cöğrafi mövqeyinə görə bizi istəməyən dövlətlərin əhatəsində yerləşir. Onlar iqtisadi, siyasi, mədəni sahədəki inkişafımızı qəbul etmədiklərindən gəncliyimizi narkotik yolu ilə məhv etməyə çalışırlar. Tədbirlərimizdə  iştirakçılara izah olunacaq ki, bu bəladan uzaq durmağın yolu inzibati yox, maarifləndirmə yoludur", - deyə təşkilatın açıqlamasında bildirilir.