Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi - YENİLƏNİB

16.02.2026-cı il tarixində saat 03:20 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəznində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. 

Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***09:15

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.