Gəncədə küçədə kişi meyiti tapıldı

Gəncədə küçədən 48 yaşlı kişi meyiti tapılıb.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü S.Məmmədovun meyiti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, S.Məmmədov ürəktutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.