Gəncədə iki qonşu bir-birini bıçaqladı

Gəncədə qonşular arasında mübahisə qanla nəticələnib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Hər iki bıçaq xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.