Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Stopnarkotik.az xəbər verir ki, zəhərlənən iki qardaş və iki bacı - 2016-cı il təvəllüdlü H.Qasımov, 2015-ci il təvəllüdlü Z.Qasımova, 2011-ci il təvəllüdlü M.Qasımova və 2010-cu il təvəllüdlü M.Qasımova xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.