Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisələr ayrı-ayrılıqda şəhər ərazisində qeydə alınıb.
31 yaşlı R.Şahbazov və 40 yaşlı E.Yaqubov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki şəxs əməliyyat edilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisələrin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.