Fransa prezidenti narkotiklə yaxalandı... - VİDEO, FOTO

Fransanın sosial mediası prezident Emmanuel Makronun Ukraynaya gedən qatarda dünya liderləri ilə “kokain qəbul etdiyini” əks etdirən video yayıb.

Stopnarkotik.az xəbər verir ki, Polşadan Kiyevə bir gecəlik diplomatik səfər zamanı lentə alınan qısa videoda Makronun Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Kir Starmerin yanında şəxsi kabinədə oturduğu görünür. Jurnalistlər otağa daxil olarkən, Makron tələsik masanın üstündəki naməlum ağ əşyanı götürüb, cibinə qoyur. Media nümayəndələri hadisəni canlı lentə aldığından, az sonra həmin video sosial şəbəkələrdə yayınlanıb.

Doktor Saymon Qoddek məsələni belə şərh edib:
"Makron, Starmer və Merz Kiyevdən qayıdarkən videokadrlara yaxalanıblar. Masanın üstündə içində ağ toz olan bir paket var. Makron onu tez cibinə qoyur, Merz qaşığı gizlədir. Bunun heç bir başqa izahı yoxdur. Tanınmış kokain istifadəçisi Zelenski onu indicə götürüb. Nöqtələri birləşdirin".

Bir çoxları bu əşyanın şübhəli şəkildə kiçik bir ağ toz torbasına bənzədiyini söyləyir, digərləri isə Merzin hərəkətinə diqqət yetirirlər. Bəziləri vurğulayırlar ki, Merz kokain qaşığına bənzəyən əşyanı əlində saxlayır və sonra tez gizlədir.

“Libération” nəşri isə zərərə nəzarət rejiminə keçib və iddiaları "əsassız sui-qəsd nəzəriyyələri" adlandırıb. Nəşrin yazdığına görə, Makronun tutduğu əşya sadə “salfet” olub və Merzin əlində olduğu iddia edilən qaşıq, sadəcə, məsum "qəhvə qarışdıran çubuq" olub.

Ancaq tənqidçilər buna inanmırlar, "əgər bu, sadəcə salfet idisə, kameralar içəri girəndə onu tələsik gizlətməyə nə ehtiyac var idi?", - deyə onlar soruşub.

Maraqlıdır, Merzin gizlətdiyi adicə "qəhvə qarışdıran çubuğu" niyə sonrakı şəkillərdə görünmür?

Makron və Merzin qatarda şübhəli bağlama gizlətdiklərini göstərən video internetdə yayıldıqdan sonra Fransa Prezident Administrasiyası verilən reaksiyaları sərt təkzib edib.

elisey Sarayı Makron və Merzə qarşı ittihamları rədd edib. Fotoda salfetin yaxından görüntüsü və başlığı göstərilir: “Bu, salfetdir. Burnunu fırxırmaq üçün”. Onun yanında qatarda masa arxasında Makron və Mersin şəkli var: “Bu, Avropa Birliyidir. Sülh qurmaq üçün”.

"Avropa Birliyi mürəkkəbləşəndə dezinformasiya o həddə çatır ki, adi salfet narkotik kimi qələmə verilir", - deyə açıqlama verən Yelisey Sarayı saxta xəbərlərin "Fransanın daxili və xaricdəki düşmənləri" tərəfindən yayıldığını bildirib.

Maraqlıdır ki, artıq ittiham trendinə çevrilmiş videoya rus politoloq Serqey Markov da reaksiya verib. “Kokain, Makron və Merz: yüzlərlə media orqanı Macron və Merzin masadan kokaini gizlətmiş ola biləcəyini irəli sürdükdən iki gün sonra, ittihamlar belə cavablandırıldı ki, onlar əsməcə içində masanın üstündən kağız salfet və sadə qəhvə qarışdırıcısını yığışdırıblar. Bəlkə də belədir. Amma çoxları artıq buna inanmayacaq”, deyə Markov yazıb.

Əgər bu şübhələrin əsası varsa, onda narkoticarətə niyə son qoyula bilməməsinin səbəbləri aydın olur.

Stopnarkotik.az

**