Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir.
Bu barədə Stopnarkotik.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir.
*** 18:50
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bu barədə Stopnarkotik.az-a bildirib.
O qeyd edib ki, hazırda araşdırma aparılır, əlavə məlumat veriləcəkdir.
Anar Qafarov əlavə edib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.
Stopnarkotik.az