Azaraq Ermənistan ərazisinə keçən azərbaycanlı əsgərlərin Bakıda saxlanılan erməni hərbi məhbuslarla dəyişdirilməsi barədə danışmaq hələ tezdir.
Bunu mayın 16-da jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Yalnız razılaşma elan edilib, təfərrüatları deyə bilmərəm”, - Səfəryan bildirib.
“Mübadilə Avropa İttifaqı tərəfindən həyata keçirilməlidir. Əgər Avropa Şurasının rəhbəri Şarlz Mişel bununla bağlı açıqlama veribsə, deməli hansısa addımı atacaq”, - deyə məmur fikrini yekunlaşdırıb.