Ermənistan qan gölünə dönəcək: Moskva İrəvana xəbərdarlıq edir ki...

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq gedir. Onun sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə daim təmas saxlayır. 

Stopnarkotik.az xəbər verir ki, Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakivaxti.az-a açıqlamasında deyib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bəyanatına ciddi yanaşmaq lazımdır.

Professorun sözlərinə görə, Rusiya hazırda həqiqətən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyir: 

"Ermənistan tərəfi Azərbaycanın 5 şərtindən 3-nü qəbul edib. Moskva da bilir ki, sülh müqaviləsi olmazsa və məsələ uzanarsa, Fransa kimi kənar ölkələr prosesə müdaxilə edəcək və sülh prosesində rol almağa çalışacaqlar. Kreml istəmir ki, bölgədə yeni oyunçular meydana gəlsin. Ermənistanın qeyri-konstruktiv addımlar atmasının səbəbi isə daxildəki müxalif qüvvələri bir növ zərərsizləşdirməkdir. Amma deməzdim ki, Paşinyan bunları bilmədən edir. Baş nazir nə etdiyini bilir, çünki onun yaxşı "müəllimləri" var. Paşinyan üçün siyasət hazırlayırlar. Əslində Kreml İrəvana mesaj verir, xəbərdarlıq edir ki, əgər Rusiyadan kənar bu işləri həyata keçirərsə, Qarabağdakı separatçıların taleyini bütövlükdə Ermənistan da yaşaya bilər. Qarşıdan qış gəlir. Əgər Rusiya qazın qiymətini artırsa, Ermənistanda vəziyyət nəinki qarışacaq, ölkə qan gölünə dönəcək. İrəvan hökuməti bunu gözəl anlayır. Amma yəhudilərin bir məsəli var, deyirlər ki, "iki sahibə xidmət etmək mümkünsüzdür". Ermənistan konkret kimin yanında olmalıdır seçimini etməlidir.