Ermənistan Penitensiar Xidmətinin “ürəyiyumşaq” rəhbəri Sergey Atomyan işdən qovuldu

Ermənistan baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Sergey Atomyanı David Tonoyana anasına baş çəkməyə icazə verdiyi üçün işdən qovub.

Stopnarkotik.az xəbər verir ki, bunu Ermənistanın "Joqovurd" qəzeti yazıb. Qəzet özünün etibarlı mənbələrinə istinadən yazır ki, keçmiş müdafiə naziri Tonoyan avqustun 1-də parlament komissiyasının iclasına aparılan zaman Atomyana belə bir xahişlə müraciət edib. S.Atomyan da buna məsələnin məxfi qalması şərti ilə icazə verib.

Parlamentin müdafiə məsələləri üzrə komissiyasının sədri Andranik Koşaryan vasitəsilə baş nazir Nikol Paşinyan bundan xəbər tutub. O da Atomyanı işdən çıxarıb. S.Atomyan bu məlumatı təkzib etsə də, "Joqovurd"un məlumatına görə, onun mənbələri məlumatın etibarlılığında israrlıdır.

Qeyd edək ki, baş nazir S.Atomyanı avqustun 5-də vəzifəsindən azad edib.