Ermənistan DİN Qarabağ ermənilərinə səsləndi: "Silah-sursatı təhvil verin"

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan köçən şəxslərdən silah-sursatı təhvil verilməsini tələb edib.

Stopnarkotik.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, bu addım onları məsuliyyətdən azad edəcək.

Bir neçə əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan da Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib.

Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var.