Ermənistan müdafiə naziri Suren Papikyan N saylı hərbi hissəyə gözlənilmədən səfər edib.
Stopnarkotik.az axar.az-a istinadən xəbər verir ki, açıq mənbələrdən istifadə etməklə və ermənilərin özlərinin paylaşdığı 2-3 fotodan bu "gizli" hərbi hissəni müəyyən etmək mümkündür.
Belə ki, hərbi hissə İrəvanın şimal hissəsində, Çarab Axbyur küçəsində yerləşir. Bu hərbi hissəinin ərazisində Ermənistan 5-ci ordu korpusunun qərargahı yerləşir.
Koordinatlar: 40°13'10.21"N 44°32'52.36"E