Azərbaycanda Qarabağda yaşayan 30 min erməninin dəqiq siyahısı var. Onların ad və soyadları bu siyahıda qeyd olunur.
Stopnarkotik.az xəbər verir ki, bu fikirləri “Qraparak” erməni qəzeti yazıb.
“Qanunsuz rejim bu siyahının varlığından xəbər tutdu. Amma azərbaycanlıların bu qədər dəqiq məlumatı haradan əldə etdiyini başa düşə bilmirlər”, deyə yazının müəllifi çaşqınlığını ifadə edir. Yazıda eyni zamanda ifadə edilir ki, döyüşlərdə iştirak edən ermənilər adlarının artıq Azərbaycanın hüquq-mühafizə orqanlarında olduğunu bildikləri üçün ölənə qədər vuruşmağa çalışıblar.
Stopnarkotik.az