Ermənilər "qonaqpərvərlik"lərini nümayiş etdirdi: Qarabağ erməniləri köçməyə peşman oldu

Qarabağı tərk edərək Ermənistana getmiş ermənilər öz soydaşları tərəfindən biganə və saymazyana münasibətlə qarşılaşdıqlarını bildirirlər.

Stopnarkotik.az baku.tv-yə istinadən xəbər verir ki, bu iddianı təsdiq edən görüntülər Qarabağın keçmiş sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb.

“Bizə nə yemək, nə də su verirlər, sadəcə ad və soyadlarımızı qeydiyyata alırlar, vəssalam. Hər tərəfdə natəmizlik hökm sürür. Biz isti çay üzünə həsrət qalmışıq. Polislər üçün isə hər cür şərait yaradılıb. Onların burada isti çayı, televizoru, divanı, hər növ rahatlığı var”, – deyə Ermənistana yeni qədəm qoymuş şəxs vurğulayıb.

Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və xalqımızla dinc yanaşı yaşamağı seçən ermənilərin reinteqrasiyası və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılacaq.