Erməni zabitlər milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır

Ermənistanın keçmiş yüksək rütbəli polis zabitləri təxminən 50 milyon dram (128.8 min dollar) mənimsəməkdə ittiham olunur.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Ermənistan Polisinin Dövlət Təhlükəsizlik İdarəsinin Armavir şöbəsinin rəisi X.A. 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb.

Bu müddət ərzində növbə ilə polisin Baş Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsini tutan 3 nəfər obyektlərin mühafizəsi üçün ödənilən vəsaitin bir hissəsinin onlara köçürülməsi barədə göstəriş verib. HA. pul vəsaitlərini polisin büdcədənkənar hesabına köçürmək əvəzinə adıçəkilən şəxslərə köçürüb.

Hazırda araşdırmalar davam edir.