Erməni rəsmisindən ETİRAF:"Soyqırım yalanı bitdi"

Ermənilərin "genosid" yalanı artıq təsirini itirir. Stopnarkotik.az bildirir ki, bu gün ölkə parlamentində jurnalistlərə müsahibəsində Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan "soyqırımın tanınması prosesi başa çatıb" deyə açıqlama verib.
“Diasporda boşluq yaranıb: Erməni Soyqırımı faktının tanınması prosesində iştirak edən və yəqin ki, ən böyük struktur olan qurumlardan biri bu sahəni tərk edib və elə bir iş görür ki, mən bunun müvəffəqiyyətlə nəticələnəcəyini düşünmürəm. 30 il ərzində biz soyqırımı tanıtmaq üçün diasporda nəhəng resurslardan istifadə etmişik, taktiki nəticələr əldə etmişik, amma strateji nəticələr əldə etməmişik", deyə Zareh Sinanyan məyus bir açıqlama verib.

Stopnarkotik.az