Elman Paşayev hərbi məhkəməyə aparıldı - VİDEO

Xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək bir gün əvvəl saxlanılan sabiq vəkil Elman Paşayev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Moskva Qarnizonu Hərbi Məhkəməsinə aparılıb.

Bu barədə TASS məlumat yayıb.

“Məhkəməyə Elman Paşayevin həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının vəsatəti daxil olub”, - məlumatda bildirilib.

Bu pul müqabilində o, Aleksey Blinovskinin ailəsini vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad etməyi vəd edib.

Daha əvvəl bildirilmişdi ki, təqsirli bilinərsə, keçmiş vəkili 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, E.Paşayev bir gün əvvəl hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur.