DYP-dən sürüşmə baş verən yolla bağlı açıqlama

Yol polisi sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində hərəkətin nizamlanması üçün işlər aparır.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda həmin yolda Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən təhlükənin qarşısı alınır və hərəkətin nizamlanması üçün işlər görülür.