DSX ƏMƏLİYYAT KEÇİRDİ: külli miqdarda narkotikin Azərbaycana gətirilməsinin qarşısı alındı - FOTO

Sərhəd təhlükəsizliyinin artırılması məqsədilə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

DSX-dən Stopnarkotik.az-a verilən məlumata görə, oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.