Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.
Stopnarkotik.az xəbər veruir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.
"Artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat artırılması hesabınadır", - deyə o qeyd edib.
Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
"Yuxarıda təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək", - deyə nazir əlavə edib.