Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Polisi” və “Narkomaniyaya yox deyək!” mövzularında məktəblilərlə görüş keçirilib.
Stopnarkotik.az bu barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Tədbirdə çıxış edənlər narkotik bəlasından geniş bəhs edib və gəncləri bu bəladan uzaq olmağa çağırıblar. Onların gələcəkdə dəyərli şəxsiyyətlərə çevrilməsi üçün mühüm tövsiyələr veriblər.
Sonda maraq doğuran suallar cavablandırılıb.