Daşkəsəndə 66 yaşlı qadın gəlini tərəfindən baltalandı - TƏFƏRRÜAT

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, buna səbəb xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb. Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.

Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb. 

*** 18:45

Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.

Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Fakt araşdırılır.