Çətənə bitkisi əsrlər boyudur ki, istifadə olunur. Bəzən belə fikirlər də səsləndirilir ki, əvvəlki çətənə bitkisi bu qədərə zərərli olmayıb. Amma indi çətənənin tərkibindəki əsas psixoaktiv maddə olan tetrahidrokannabinol getdikcə daha təsirli hala gəlib.
Bu ona görə baş verir ki, bir çox çətənə əkinçiləri bu məqsədlə işləyir. Ona görə də çətənə əvvəlki kimi deyil. Yəni əkinçilər çətənənin üzərində elə seleksiya və daha dözümlü növləri yetişdirmə işləri aparırlar ki, bu da onun psixoaktiv təsirlərinin, eləcə də zərərli yan təsirlərin artmasına səbəb olur. Bu nüans getdikcə dünya miqyasında daha çox ölkədə qəbul və leqallaşmadan sonra daha böyük problemlərə səbəb olur.
Kannabisin təsirinin getdikcə daha çox artdığını göstərən bəzi tədqiqatlar var. ABŞ-da bu məlumatların bəziləri "Narkotiklərdən Sui-istifadə üzrə Milli İnstitut"un rəhbərlik etdiyi və Missisipi Universitetində yerləşdiyi “Çətənə Potensialına Nəzarət Proqramı”ndan gəlir. Məlumatlar artım tendensiyasını aydın şəkildə göstərir: son əlli il ərzində bitkinin əsas psixoaktiv komponenti olan tetrahidrokannabinolun (THK) orta miqdarı on dəfədən çox artmışdır.
Bu “dirçəliş” təkcə ABŞ-la məhdudlaşmır. Başqa bir araşdırma göstərir ki, çətənə potensialı digər ölkələrdə də artmışdır. Böyük Britaniya, Hollandiya, Fransa, Danimarka və Yeni Zelandiyada tetrahidrokannabinolun (THK) orta konsentrasiyası 1970-ci ildən 2020-ci ilə qədər hər il 0,29 faiz miqdarında artıb. İllər keçdikcə seleksiyaçılar get-gedə daha mürəkkəb yetişdirmə üsullarından istifadə etdilər ki, bu da onlara daha güclü çətənə sortlarını seçməyə imkan verdi.
Məsələn, "sinsemilla" adlanan toxumsuz çətənəni götürək. Bu tozlanmamış dişi çətənə növü ona görə yetişdirilir ki, onların qönçələri və çiçəklərində çoxlu miqdarda tetrahidrokannabinol (THK) ilə zəngin qatran olur. Yəni, toxumsuz çətənə sortunda tetrahidrokannabinol adi toxumlu sortdan iki dəfə çox olur.
Başqa mühüm faktor odur ki, insanların çətənə istehlak etmə tərzi dəyişib. Məsələn, qida, elektron siqaret və digər məhsulları götürək. Onları tetrahidrokannabinol (THK) ilə doldurmaq daha asandır. Konsentratlarda çox vaxt bu psixoaktiv komponent çox yüksək səviyyədə olur. Bu isə insanların tərkibində daha çox THK olan məhsullara üz tutmasına səbəb olur. Bu, qusma, paranoya və ya ürək aritmiyası kimi xoşagəlməz yan təsirlər riskinə səbəb ola bilər.
Nəzərə alsaq ki, bitkilərin ilkin genetikasının dəyişdirilməsi və onun QMO versiyasının ortaya çıxması yeni məsələ deyil, çətənə də bu prosesdən kənarda qala bilməyib.
Stopnarkotik.az