Son həftələrdə İraqda fəaliyyət göstərən İslam Respublikasına bağlı proksi qüvvələrin İrandakı etiraz aksiyalarının yatırılmasında iştirak etmək üçün ölkəyə daxil olduğu bildirilir. Bununla bağlı, CNN telekanalı Avropa hərbi mənbəyinə və İraq təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İraq təhlükəsizlik mənbəsi təxminən 5 min İrana bağlı iraqlının Meysan əyalətində yerləşən Şib və Vasit vilayətindəki Zərbatiyyə sərhəd-keçid məntəqələri vasitəsilə İrana keçdiyini bildirib.
CNN-ə danışan Avropa hərbi mənbəsi isə əlavə edib ki, Diyalə, Meysan və Bəsrə əyalətlərindən olan təxminən 800 nəfər proksi qüvvə dini ziyarət adı altında İrana daxil olub. Mənbənin iddiasına görə, bu qüvvələr ölkə daxilində davam edən etiraz aksiyalarının yatırılmasına cəlb edilib.
Stopnarkotik.az