Cəlilabadda təlim: BİR NEÇƏ POLİS XƏSARƏT ALDI

Cəlilabadda cinayətkarın zərərsizləşdirilməsi üzrə taktiki təlimlər zamanı bir neçə polis nəfəri xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri axar.az-a DİN-in Mətbuat Xidməti İdarəsinin rəsmisi Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, hadisə təlim zamanı 2 polis nəfərinin ehtiyatsızlığı ucbatından baş verib.

Xəsarət alan əməkdaşlardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.