Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az - a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının ekoloji mühitin qorunması və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 14-də keçirdikləri tədbirlər zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.
Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı isə məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.