Cəlilabadda işçiləri daşıyan avtobus qəzaya uğradı - 8 NƏFƏR XƏSARƏT ALIB / YENİLƏNİB - 2

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

*** 20:51

Cəlilabadda baş verən qəzada xəsarət alanlar kartof sahəsində çalışan fəhlələr olub.

İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

    Sürücü idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.

    Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

    Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    **

    *** 19:55

    Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 10-a yaxın yaralı var.

    Hadisə köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

    İlkin məlumata görə, mikroavtobusun yoldan çıxaraq aşıb. Nəticədə 10-a yaxın şəxs xəsarət alıb.

    Hazırda yaralılar xəstəxanaya aparılır.

    Faktla bağlı araşdırma aparılır./apa