Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az