Cinsi təcavüz və narkotik: Alman ordusunda qalmaqal

Almaniyada prokurorlar Tsvaybrükende yerləşən elit 26-cı Paraşüt Alayının 55 əsgərinə qarşı 10-dan çox ittihamı araşdırır. Bu barədə  İttiham çərçivəsində üç əsgər artıq kənarlaşdırılıb, daha 19 əsgər isə bu təhlükəsi ilə üz-üzədir.

Stopnarkotik.az bildirir ki, bu barədə "Financial Times" xəbər yayıb. 

Onlar nasist üslubunda forma geyinməkdə, nasist salamlarından istifadə etməkdə, narkotik istifadə etməkdə və hamam otaqlarında həmkarlarının - kişi və qadınların - şəklini çəkməkdə ittiham olunurlar.

Ordu rəsmiləri qadın paraşütçülərin şikayətlərindən sonra ötən ilin iyun ayında gizli araşdırma başlatdığını təsdiqləyib. Verilən informasiyaya görə, onlar ədəbsiz zarafatlara və təcavüz təhdidlərinə məruz qalıblar, həmçinin kişi həmkarları cinsiyyət orqanlarını onlara göstərib. FAZ qəzeti isə xəbər verib ki, Tsvaybrükendə "Yəhudi donuzu" kimi təhqirlərdən istifadə edən "ifrat sağçı, açıq antisemit" əsgər qrupu var.

"Der Spiegel"in məlumatına görə, bir bölük komandiri iki əsgərin üzünə dolu tapança tuşlayıb. Əsgərlərdən biri təlimatçıların onun cinsiyyət orqanına və başına dəfələrlə zərbələr endirməsindən sonra əməliyyata məruz qalıb.

Müdafiə naziri Pistorius açıqlamalardan "şoka düşdüyünü" bildirib və onların "Bundesverin fundamental dəyərlərinə kəskin zidd olduğunu" bildirib.

“Yaşıllar Partiyası”ndan olan millət vəkili Aqnieska Bruqqer ittihamların yalnız bir bölməni deyil, həm də Almaniyadakı bütün hərbi xidməti nüfuzdan saldığını xəbərdar edib.

2020-ci ildə Almaniya Müdafiə Nazirliyi bütün elit xüsusi təyinatlı qüvvələr bölməsini ləğv edərək, onun "zəhərli" rəhbərliyinin "ekstremist meylləri körüklədiyini və təşviq etdiyini" bildirib.

2022-ci ildə özünü Suriya qaçqını kimi qələmə verən keçmiş hərbçi siyasətçilərə sui-qəsd planlaşdırdığına görə beş ildən çox həbs cəzasına məhkum edilib.

Alman mediasının Bundesverə istinadən verdiyi məlumata görə, 2024-cü ildə orduda sağçı ekstremizmlə bağlı 280 hadisə qeydə alınıb.

Stopnarkotik.az