BƏYLƏR EYYUBOV VƏZİFƏDƏN ÇIXARILDI - Onu Fərid Əsgərov əvəzlədi

Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

Stopnarkotik.az "Unikal"-a istinadla xəbər verir ki, bu vəzifəyə Fərid Əsgərov təyin edilib.

Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi.

“Gününsəsi.info”-nun məlumatına görə isə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Ölkə başçısı onu yüksək vəzifəyə təyin edib. 

Belə ki, Bəylər Eyyubov bundan sonra Prezident Katibliyinin rəisi vəzifəsində çalışacaq.