Bütün sosial ödənişlər bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.