Bullinq hadisəsinə görə yeniyetmələr islah müəssisəsinə yerləşdirilə bilərlər? - AÇIQLAMA

“Cinayət tərkibli əməldən asılı olaraq zəruri tədbirlər görüləcək. Cinayət törədən yeniyetmələrin yetkinlik yaşına çatmayanların islah müəssisəsinə yerləşdirilməsi bir qədər fərqlidir”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova bullinq hadisəsi zamanı davranışında cinayət əməlləri olan yeniyetmələrin islah müəssisələrinə yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, qanunvericilikdə bu məsələlər cinayət tərkibindən asılı olaraq dəyişir:

“Cinayət törətmiş yeniyetmədən fərqli olaraq bu kimi hallarda daha humanist addımlar seçilməsinə üstünlük verilir. Düzdür, hər bir şəxs dərk etməlidir ki, artıq 16 yaşında cinayət məsuliyyəti yaranır. Lakin yetkinlik yaşına çatmayan şəxslərin inkişaf dövründə olduğu nəzərə alınaraq, onlar barəsində daha çox profilaktik və tərbiyəedici tədbirlərin seçilməsinə üstünlük verilir. Bütün hallarda araşdırmaların, toplanan materialların yekun nəticələri əsasında müvafiq tədbirlər görüləcək”.