“Yeni doğulmuş uşaqda qalxanabənzər vəzi gec aşkarlandıqda ömürlük əqli gerilik baş verə bilir”.
Stopnarkotik.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, xəstəliyin genetik yolla uşağa keçməsi halları çox olur. "Ona görə də əlamətlər müşahidə ediliyi zaman həkimə müraciət edilməli, müalicə aparılmalıdır", - A.Əkbərzadə vurğulayıb.