Bərdədə ağır yol qəzasında bir nəfər öldü, bir nəfər yaralandı

Bərdədə ağır yol qəzası baş verib. Məlumata görə, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "VAZ2106" markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində "VAZ2106" markalı minik avtomobilinin sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində ölüb.

Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az