BMT-nin sülhməramlısı Mərkəzi Afrika Respublikasında öldürülüb.
Stopnarkotik.az apa.az -a istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hadisə Mərkəzi Afrika Respublikasının şimal-şərqində patrula edilən hücum zamanı baş verib.
“Hücum Sam-Uanja şəhərindən 3 kilometr aralıda baş verib. Üç hücumçu öldürülüb, biri əsir götürülüb”, - deyə agentlik BMT-dən sitat gətirib.
BMT sülhməramlıları 2014-cü ildə prezident Fransua Bozizenin "Selek" üsyançıları tərəfindən devrilməsindən sonra bu ölkəyə göndərilib.
Bundan sonra bütün ölkəni dini zəmində repressiya dalğası bürüdü.