"Ermənistanın 86 600 kvadrat kilometr ərazi bütövlüyünün tanınması əsasında Ermənistan Respublikası ilə Azərbaycan arasında sülhün bərqərar olmasına dair sazişə sadiqliyini bir daha təsdiq edirəm".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib.
"Biz bu sazişin Azərbaycan tərəfindən, ictimaiyyət tərəfindən yenidən təsdiqini gözləyirik. Bütün fəsadlara baxmayaraq, bizim uzunmüddətli, sabit və davamlı sülhə nail olmaq şansımız var", - deyə o çıxışında bir daha vurğulayıb.