Biz bütün dünyaya bəyan etdik ki... - Ərdoğan

Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz.

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul qiyam cəhdinin ildönümü ilə bağlı çıxışında deyib.

“15 iyul dövlət çevrilişinə cəhdi nə bu gün, nə də 7-70 ildən sonra biz özümüz unutmayacağıq və başqalarına da unutdurmayacağıq. Biz də millətimizə qarşı hər hansı məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - deyə o qeyd edib.

Ərdoğan vurğulayıb ki, çevriliş günlərində Türkiyə bütün dünyaya nümayiş etdirdi ki, “bütöv, bir ürək ola bilər”. Biz bir daha bütün işğalçılara xatırlatdıq ki, Türkiyə ələ keçirilə bilməz. 15 iyul bizim üçün şərəf günü, müstəqilliyimizin elan olunduğu gün idi”.