BİLƏSUVARDA KÜTLƏVİ DAVA - Rayon sakini 4 nəfər tərəfindən döyüldü

Biləsuvar rayonunda kütləvi dava olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, kütləvi dava zamanı rayon sakini, 1998-ci il təvəllüdlü M.Məcidov müxtəlif xəsarətlər alıb.

O, Biləsuvar Rayon Xəstəxanasına aparılıb.

Onun 4 nəfər tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.