Bıçaqlanıb ölən tələbəni yaralı halda özəl klinikalar qəbul etməyib? - İDDİA / VİDEO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 20 yaşlı gənc mübahisə zəminində bıçaqlanmışdı.

Söhbət bir müddət əvvəl gecə saatlarında qonşusu tərəfindən qətlə yetirilən tələbə Hikmət Kərimovun ölümündən gedir.

Valideyn İlham Kərimov iddia edir ki, övladı hadisə baş verən gecə iki özəl xəstəxanaya aparılsa da, qəbul edilməyib.

"Onlara "icazəmiz yoxdur" deyiblər. Maraqlıdır özəl xəstəxanalar yaralı şəxsi niyə qəbul etmir? Bu qadağa onlara hansı qurum tərəfindən qoyulub?"

Funda klinikasından "Xəzərə Xəbər"ə bildirildi ki, klinikanın təcili yardım xidməti yoxdur. Xəstəxana ambulator və planlı tibbi cərrahiyə əməliyyatlarını axsam saat 5-ə kimi aparır.

Zəfəran klinikasından isə sorğuya cavab verilməyib.

Digər özəl klinikalardan isə bildirildi ki, əgər onların təcili tibbi yardım xidməti varsa yaralı xəstə qəbul edilir, ona ilkin yardım edilir, dərhal hüquq mühafizə orqanlarına məlumat verilir.

Məsələyə TƏBİB, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: