Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib.
“ABŞ Avropa ölkələrində yerləşdirdiyi kimi Belarusda öz ərazisində taktiki nüvə silahı yerləşdirib”, o vurğulayıb.
Belarus Prezidenti deyib ki, ölkəsi qərb sərhədlərində NATO ilə üz-üzədir: “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”.
Onun sözlərinə görə, onlar buna “çəkindirici kəməri” adlandırırlar: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər? - Aleksandr Lukaşenko qeyd edib.