Norveçdə Belçikanın Baş naziri Aleksandr De Kronu ölümlə hədələyən keçmiş hərbçi saxlanılıb.
Bu barədə “RTBF” Federal Prokurorluğa istinadən məlumat yayıb.
Belə ki, 29 yaşlı Sem H. sosial şəbəkədə təhdidlərlə dolu video yayımladıqdan sonra səhər saatlarında Belçikada axtarışa verilib. Videoda o, meşədə olarkən bir neçə dəfə baş nazirin ağacdan asılmış şəklini çəkir və qürurla üzünü kameraya göstərir.
Limburq prokurorluğu araşdırmaya başlayıb, daha sonra iş Belçika federal prokurorluğuna verilib. Baş nazirin mühafizəsi gücləndirilib, şübhəlinin evinin yerləşdiyi ərazi gün ərzində mühasirəyə alınıb.
Günün ortasında prokurorluq şübhəlinin ölkədən kənarda olduğunu bildirib və axşama doğru onun Norveçdə saxlandığını təsdiqləyiblər.
Şübhəli şəxs 2023-cü il iyunun 17-də “tibbi yararsızlıq” səbəbindən ordudan qovulub, bundan əvvəl bir neçə ay işdən uzaqlaşdırılıb, 2022-ci ildə isə məxfi sənədlərlə tanış olmaqdan məhrum edilib.