"Barselona" - "İnter" oyunu təxirə salına bilər

Aprelin 30-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilməsi gözlənilən "Barselona" - "İnter" oyunu təxirə salına bilər.

Bu barədə "El Desmarque" nəşri məlumat yayıb.

Belə ki, İspaniyada elektrik enerjisinin kəsintisi oyunun təxirə düşməsinə səbəb ola bilər.

Xatırladaq ki, dünən İspaniyada, Portuqaliyada, həmçinin Fransanın cənub-qərbində genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.