Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyunun 3-də bir yeniyetmənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Hüseynov və F.Tağıyev müəyyənləşdirilərək saxlanılıblar.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmçinin Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Axundov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.