Bakıda taksilər qiyməti kəskin qaldırdı

Yağışlı hava Bakıda taksi qiymətlərinin kəskin qalxmasına səbəb olub.

Stopnarkotik.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bahalaşma bütün taksi şirkətlərinə aiddir.

Əvvəlki günlərdə 3-4 manata gedilən yolun ödənişi hazırda 12-15 manat arasında dəyişir.

Paytaxtın kənar ərazilərinə gedişhaqqı isə 35-40 manatdır.

Eyni zamanda, takisi tapmaq çətinləşib. Sürücülər çağırış ünvanına 8-10 dəqiqəyə gəlirlər. 

Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər bahalaşma ilə bağlı heç bir məlumat yaymayıb.